Britaniya sakini bitkoin fırıldağına görə ABŞ-da 572 milyon dollar cərimə olunub

Britaniya sakini bitkoin fırıldağına görə ABŞ-da 572 milyon dollar cərimə olunub
  • Clock-gray 03:28
  • calendar-gray 27 Mart 2021

ABŞ-ın Nyu-York ştatının Cənub dairəsinin Federal məhkəməsi Böyük Britaniyanın Mançester şəhər sakini olduğu ehtimal edilən Benjamin Reynoldsun bitkoin kriptovalyutasını əldə etmək məqsədilə dələduzluq sxemindən istifadə etdiyi üçün 572 milyon dollar ödəməli olduğuna dair qərar verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Əmtəə Füçerslərinin Ticarəti Komissiyası məlumat yayıb.

Məlumata görə, B.Reynolds aldatdığı müştərilərinə 143 milyon dollar təzminat və 429 milyon dollar cərimə ödəməli olacaq. Komissiya bildirib ki, 2017-ci ildə dünyada 1000 nəfərdən çox insan britaniyalının əməllərindən ziyan görüb ki, onların da azı 169 nəfəri ABŞ sakinidir. Ümumilikdə, Reynolds xüsusi treyderlərin köməyi ilə öz müştərilərinə mənfəət gətirə biləcəyini vəd edərək 22 190,542 bitkoin əldə edib. Ancaq əslində o, alınan kriptovalyuta ilə heç bir əməliyyat aparmadan şəxsi istifadəsi üçün saxlayıb.

Sərxan Kamallı

Digər xəbərlər