Ceff Bezos "Amazon"un səhmlərini 10,3 milyard dollara satıb

Ceff Bezos "Amazon"un səhmlərini 10,3 milyard dollara satıb
  • Clock-gray 07:24
  • calendar-gray 05 Noyabr 2020

“Amazon”un rəhbəri Ceff Bezos bu həftə şirkətin səhmlərini 3,1 milyard dollardan çox məbləğə satıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “CNBC” telekanalı ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyaya göndərilmiş bildirişə istinadən məlumat yayıb.

Bu sənədlərə görə, Bezos avqust ayında “Amazon”un 3,1 milyard dollardan çox, fevral ayında isə 4,1 milyard dollardan çox qiymətli kağızlarını satıb. Bu həftəni də nəzərə alsaq, dünyanın ən varlı adamı bu il səhmlərin satışından 10,3 milyard dollardan çox pul qazanıb. Keçən il onun qazancı 2,8 milyard dollar olub.

“Amazon”un üçüncü rübdə gəliri 96,1 milyard dollar olub ki, bu da ötən ilin eyni dövründəki 70 milyard dollarla müqayisədə 37% artım deməkdir. Gəlir 6,3 milyard dollar və ya hər səhmə görə 12,37 dollar təşkil edib. Şimali Amerikada satışlar 39%, dünya səviyyəsində isə 37% artıb.

apa-logo-mini

Digər xəbərlər