Ceff Bezos yenidən dünyanın ən varlı insanına çevrilib

Ceff Bezos yenidən dünyanın ən varlı insanına çevrilib
  • Clock-gray 05:58
  • calendar-gray 17 Fevral 2021

“Amazon” şirkətinin rəhbəri Ceff Bezos növbəti dəfə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskı geridə qoyaraq, dünyanın ən zəngin insanı olub.

APA xəbər verir ki, belə bir qiymətləndirməni “Bloomberg” aparıb.

Hesablamalara görə, Bezosun ötən gün birja ticarətinin nəticələrindən sonra aktivlərinin ümumi dəyəri 372 milyon dollar azalaraq 191 milyard dollara düşüb. “Tesla”nın səhmlərinin enməsi səbəbindən Maskın sərvəti 4,5 milyard dollar azalaraq 190 milyard dollara düşüb. Bu o deməkdir ki, Bezos “Bloomberg” agentliyi tərəfindən tərtib edilən dünyanın ən varlı adamları sıralamasında yenidən birinci yeri tutub və Mask hazırda ikinci yerdədir.

Hazırda siyahının üçüncü yerində “Microsoft”un təsisçisi Bill Qeyts qərarlaşıb. Onun sərvətinin 137 milyard dollar olduğu ehtimal edilir.

apa-logo-mini

Digər xəbərlər