Çilidə 6.8 bal gücündə zəlzələ baş verib

Çilidə 6.8 bal gücündə zəlzələ baş verib
# 28 dekabr 2020 05:18 (UTC +04:00)

Çilinin cənubunda 6.8 bal gücündə zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ yerli vaxtla 21.39-da qeydə alınıb. Yeraltı təkanın episentri Korral yaşayış məntəqəsindən 149 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə baş verib.

Sunami təhlükəsi elan edilməyib. Tələfat və dağıntı barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR