Cənubi Sandviç adaları sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

Cənubi Sandviç adaları sahillərində 6,3 bal gücündə zəlzələ baş verib
# 26 iyul 2020 06:42 (UTC +04:00)

Atlantik okeanının cənubunda yerləşən Cənubi Sandviç adalarının sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Uşuaya şəhərindən 2561 km şərqdə, ocağı isə mənbəyi 10 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra sunami təhlükəsi barədə məlumat verilməyib.

Cənubi Sandviç adalarında daimi yaşayış yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR