Co Bayden Corc Floydun ailəsi ilə görüşüb

Co Bayden Corc Floydun ailəsi ilə görüşüb
# 09 iyun 2020 03:10 (UTC +04:00)

ABŞ-ın keçmiş vitse-prezidenti və prezident seçkilərində daha çox səs qazanacağı ehtimal olunan Demokrat namizəd Co Bayden bazar ertəsi polis zorakılığı nəticəsində dünyasını dəyişən afroamerikalı Corc Floydun ailəsi ilə görüşüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Floyd ailəsinin vəkili Benjamin Kremp “Twitter” səhifəsində yazıb.

Vəkil bildirib ki, Co Baydenin Corcun ailəsi ilə keçirdiyi bir saatdan çox görüş zamanı onları dinləyərək kədərlərini bölüşüb.

“Baydenin itki üz vermiş ailəni ziyarəti böyük əhəmiyyət daşıyır”, deyə vəkil əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR