ABŞ-da prezidentliyə namizədlərdən biri Co Bayden vitse-prezident vəzifəsinə namizəd seçilməsi üçün komitənin tərkibini rəsmən açıqlayıb.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Milli İctimai Radiosu məlumat yayıb.
Baydenin təşviqat meneceri Cen O'Melli Dillanın sözlərinə görə, vitse-prezident vəzifəsinə namizədin seçilməsi prezidentlik kampaniyasında çox vacib rol oynayır.
“Bunu Co Baydendən daha yaxşı heç kim bilmir”, - Dillan belə deyib.