ABŞ-ın “Crew Dragon” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiya (BKS) ilə birləşdikdən sonra Yer ilə rabitə əlaqəsinin yaradılmasında çətinlik yaranıb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə BKS rəhbəri Kristofer Kassidi Yerlə əlaqə zamanı bildirib.
Qeyd edək ki, kosmik gəmi 19 saat uçuşdan sonra saat 10:16-da Beynəlxalq Kosmik Stansiyasındakı eniş limanına ilk fiziki təmas edib.
***
19:25
Göyərtəsində iki NASA astronavtının olduğu “Crew Dragon” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşib.
Kosmik gəmi 19 saat uçuşdan sonra BKS-ya ehtiyatla birləşib. "Crew Dragon” saat 10:16-da Beynəlxalq Kosmik Stansiyasındakı eniş limanına ilk fiziki təmas edib.
Qeyd edək ki, 19 saat öncə "Falcon 9” raketdaşıyıcısı göyərtəsində iki NASA astronavtının olduğu “Crew Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşüb.
Raketin kosmosa qalxması NASA-nın rəsmi “YouTube” səhifəsində də canlı yayımlanıb.
Bu, 2011-ci ildən bəri pilot tərəfindən idarə olunan Amerikanın ilk və göyərtəsində adam olmaqla özəl şirkətin həyata keçirdiyi birinci kosmik uçuşudur. Missiya pilotlu idarə olunan uçuşların gələcəyi və NASA-nın özəl şirkətlərlə əməkdaşlıq strategiyası üçün mühüm əhəmiyyət daşıyır.