Dominikan hökuməti koronavirusla bağlı fövqəladə vəziyyəti may ayına qədər uzadıb

Dominikan hökuməti koronavirusla bağlı fövqəladə vəziyyəti may ayına qədər uzadıb
  • Clock-gray 05:24
  • calendar-gray 14 Aprel 2020

Dominikan Respublikasının rəhbərliyi ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət rejimini 17 gün uzatmaq qərarına gəlib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti müvafiq sərəncam imzalayıb.

Sərəncam aprelin 14-dən qüvvəyə minir. 

Hakimiyyətin ölkə daxilində komendant saatı tətbiq etdiyi bildirilir. Ölkədə yoluxmanın yayılmasının qarşısını almaq məqsədilə təyyarə uçuşlarına, limanlarda sərnişinlərin sahilə enməsinə qadağa qoyulub. 

Rəsmi məlumatlara görə, Dominikan Respublikasında koronavirusa yoluxanların sayı 3167, ölənlərin sayı isə 177 nəfərdir. 

 

Rəşad Sarıyev

Digər xəbərlər