Donald Tramp hərbi büdcə ilə bağlı layihəyə veto qoymaq niyyətini təsdiqləyib

Donald Tramp hərbi büdcə ilə bağlı layihəyə veto qoymaq niyyətini təsdiqləyib
# 04 dekabr 2020 11:27 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp hərbi büdcə ilə bağlı layihəyə veto qoymaq niyyətini təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə D. Tramp "Twitter"də bildirib.

“Ölkəmiz üçün çox kədərlidir. Ceyms Aynhof (Respublikaçı, Senatın Hərbi məsələlər Komitəsinin sədri) 230-cu bəndin (kommunikasiya etikası qanununu) ləğvini hərbi büdcə layihəsinə daxil etməyəcək. Bu, milli təhlükəsizlik və seçki üçün təhlükədir. Belə olan halda bu məsələni həll etmək üçün son şans odur ki, mən bu layihəyə veto qoyacağam”, - deyə D. Tramp qeyd edib.

Qeyd edək ki, Kommunikasiya Etikası Aktının 230-cu maddəsi, texnologiya şirkətlərini istifadəçi tərəfindən təqdim olunan məzmunun yerləşdirilməsi, silinməsi və ya başqa bir şəkildə moderasiya edilməsinə görə məhkəməyə cəlb edilməsindən müdafiə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR