Donald Tramp və Angela Merkel arasında telefon danışığı olub

Donald Tramp və Angela Merkel arasında telefon danışığı olub
# 13 yanvar 2020 19:44 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cud Dir bildirib.

"Prezident Donald Tramp dünən Almaniyanın kansleri Angela Merkel ilə telefonla danışıb. Liderlər Yaxın Şərq və Liviyadakı regional təhlükəsizlik mövzularını və digər ikitərəfli məsələləri müzakirə ediblər", - deyə Ağ Evin mətbuat katibinin müavini Cud Dir açıqlamasında əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR