Donald Tramp: "Süleymanini öldürməklə ABŞ müharibəyə son qoymaq istəyir"

Donald Tramp: "Süleymanini öldürməklə ABŞ müharibəyə son qoymaq istəyir"
# 04 yanvar 2020 01:16 (UTC +04:00)

ABŞ iranlı general Qasım Suleymanini öldürməklə haribəni başlamağa deyil, onu dayandırmağa çalışıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp yerli televiziyada çıxışı zamanı deyib.

“Dünən müharibəni dayandırmaq üçün addımlar atdıq. Biz bu addımları müharibəni başlamaq üçün atmadıq”, - deyə Tramp bildirib.

O, həmçinin Süleymanini terror aktları törətməkdə də ittiham edib: “Günahsız insanların ölümü Süleymaninin sağlam olmayan bir ehtirası idi. Nyu-Dehlidən Londona qədər olan terror hadisələrinə töhfə vermişdi. Bu gün Süleymaninin bir çox vəhşiliyinin qurbanlarını xatırlayırıq və terrora dəstək verən hökmranlığının sona çatdığından təsəlli tapırıq. O, son 20 ildə Yaxın Şərqdə sabitliyi pozmaq üçün terror aktları törədirdi. Dünən etdiklərimiz çoxdan edilməli idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR