Donald Trampın tərəfdarları Pensilvaniyada səslərin sayılmasının dayandırılmasını tələb edirlər

Donald Trampın tərəfdarları Pensilvaniyada səslərin sayılmasının dayandırılmasını tələb edirlər
# 05 noyabr 2020 01:56 (UTC +04:00)

Donald Trampın seçkiqabağı qərargahı məhkəməyə müraciət edərək Pensilvaniya ştatında “bülletenlərin demokratlar tərəfindən gizlədilməsinin qarşısını almağı” tələb edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qərargah rəhbərinin müavini Castin Klark öz açıqlamasında bildirib.

“Biz seçki işçilərinin – Demokratların seçki məntəqələrində bülletenlərin sayılması və işlənilməsini respublikaçı müşahidəçilərimizdən gizlətməsinin qarşısını almaq üçün məhkəməyə müraciət edirik”, - Klark belə deyib.

“Filadelfiyada və digər yerlərdə müşahidəçilərimizi hər dəfə səslərin sayılması prosesindən 25 fut (7,5 metrdən çox) kənarda dayanmağa məcbur ediblər. Eyni zamanda, məntiqli şəffaflıq yaranana qədər və respublikaçılar bütün sayma prosesinin açıq və qanuni olduğundan əmin olana qədər səslərin sayılmasının müvəqqəti dayandırılması üçün məhkəməyə müraciət edirik”, - deyə açıqlamada qeyd olunub.

Nəhayət, Respublikaçılar poçtla səs verən seçicilərin müəyyənləşdirilməsi ilə bağlı seçki qaydalarının ehtimal olunan pozuntuları ilə əlaqədar Demokratlara qarşı məhkəməyə müraciət ediblər.

Bundan əvvəl oxşar məhkəmə şikayətləri Miçiqan və Viskonsində edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR