Dövlət Departamenti: ABŞ Rusiya ilə rəqabət aparmaqdan çəkinmir

Dövlət Departamenti: ABŞ Rusiya ilə rəqabət aparmaqdan çəkinmir
# 19 mart 2021 03:01 (UTC +04:00)

ABŞ Rusiya ilə proqnozlaşdırıla bilən münasibətlər istəyir, ancaq rəqabət aparmaqdan da qorxur.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Calina Porter bildirib.

“Rusiya ilə münasibətlərimiz təhdidlərlə dolu olaraq qalır, ancaq buna hazırıq. Münasibətlərdə məqsədimiz – gələcəkdə proqnozlaşdırıla bilən və sabit olmasıdır. Rusiyanın son bir neçə aydakı davranışlarını nəzərə alsaq, rəqabətli münasibətlərin sahələri və elementləri aydın olacaq. Biz bunlardan çəkinməyəcəyik”, - Porter belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR