Dövlət Departamenti: ABŞ-ın "S-400" məsələsində Türkiyəyə qarşı mövqeyi dəyişməyib

Dövlət Departamenti: ABŞ-ın "S-400" məsələsində Türkiyəyə qarşı mövqeyi dəyişməyib
# 11 fevral 2021 01:19 (UTC +04:00)

ABŞ-ın yeni administrasiyası, Ankaranın bu sahədəki təşəbbüslərinə baxmayaraq, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etməsi ilə bağlı öz mövqeyini qoruyub.

APA TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

“Bizim “S-400” məsələsi ilə bağlı siyasətimiz dəyişməyib”, - ABŞ xarici siyasət idarəsinin rəsmisi belə deyib.

“Rusiyanın “S-400” sistemləri NATO hərbi avadanlığı ilə uyğun gəlmir, NATO texnologiyalarının təhlükəsizliyini təhdid edir və Türkiyənin NATO üzvü kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir”, - deyə Prays əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR