Dünya liderləri Co Baydeni prezident seçilməsi münasibətilə təbrik ediblər

Dünya liderləri Co Baydeni prezident seçilməsi münasibətilə təbrik ediblər
  • Clock-gray 01:11
  • calendar-gray 08 Noyabr 2020

Dünya liderləri Demokrat partiyasının təmsilçisi Co Baydeni ABŞ-da keçirilən Prezident seçkisində Respublikaçıların namizədi Donald Tramp üzərində qələbə qazanması münasibətilə təbrik ediblər.

APA TASS-a istinadən xəbər verir ki, təbrik edənlər arasında Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya Kansleri Agela Merkel, Yaponiyanın Baş naziri Yoşihide Suqa, Avstriya Kansleri Sebastyan Kurts, Venesuela Prezidenti Nikolas Madura, Sudanın Baş naziri Abdullah Hamdok və Fransa Prezidenti Emanuel Makron da var.

Liderlər sosial şəbəkə hesablarında Baydenlə bağlı ürək sözlərini ifadə ediblər.  

 

apa-logo-mini

Digər xəbərlər