Dünyada COVİD-19-a yoluxanların sayı 90 milyon nəfəri ötüb

Dünyada COVİD-19-a yoluxanların sayı 90 milyon nəfəri ötüb
  • Clock-gray 11:04
  • calendar-gray 10 Yanvar 2021

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 90 milyon 86 min 549 nəfərə çatıb.

APA-nın “Worldometers” saytına istinadən verdiyi məlumata görə, 22 milyon 699 min 938 yoluxma ilə ABŞ ən çox yoluxmanın qeydə alındığı ölkələrin siyahısına başçılıq edir.

ABŞ-ın 10 milyon 451 min 346 yoluxma ilə Hindistan, 8 milyon 75 min 998 yoluxma ilə Brayziliya izləyir. İndiyə qədər Rusiyada 3 milyon 379 min 103 nəfər, İngiltərədə 3 milyon 17 min 409 nəfər, Fransada 2 milyon 767 min 312 nəfər, Türkiyədə 2 milyon 317 min 118 nəfər, İtaliyada 2 milyon 257 min 866 nəfər, İspaniyada 2 milyon 50 min 360 nəfər, Almaniyada 1 milyon 914 min 335  nəfər COVİD-19-a yoluxub.

COVİD-19-a yoluxma səbəbindən dünyada 1 milyon 934 min 939 nəfər həyatını itirib, 64 milyon 469 min 156 nəfər sağalıb.

 

apa-logo-mini

Digər xəbərlər