Dünyada koronavirusdan ölüm sayı 500 mini keçib

Dünyada koronavirusdan ölüm sayı 500 mini keçib
# 28 iyun 2020 04:33 (UTC +04:00)

Dünyanı bürüyən koronavirus pandemiyası (COVID-19) bu günədək 500 mindən çox insanın ölümünə səbəb olub.

APA “Worldometer”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 04:00-a olan statistikaya əsasən, dünya əhalisinin ümumilikdə 500 608 nəfəri bu görünməz bəlanın qurbanına çevrilib.

Son bir sutkada daha 4529 nəfər virusla mübarizəyə tab gətirə bilməyib və dünyasını dəyişib.

İndiyədək ən çox ölüm halları ABŞ (128 152), Braziliya (57 103), Böyük Britaniya (43 514), İtaliya (34 716), Fransa (29 778), İspaniya (28 341), Meksika (25 779), Hindistan (16 103), İran (10 364) və Belçikada (9732) qeydə alınıb.

Azərbaycanda isə 193 nəfər infeksiyaya yoluxma nəticəsində vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR