Ekvadorda avtobusun uçuruma düşməsi nəticəsində 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Ekvadorda avtobusun uçuruma düşməsi nəticəsində 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb
# 06 yanvar 2020 08:39 (UTC +04:00)

Ekvadorun şimalında sərnişin avtobusunun uçurumdan aşması nəticəsində 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə özünün “Twitter” səhifəsində yerli xilasetmə xidməti məlumat yayıb.

Hadisə yerli vaxtla saat 03:37-də (Bakı vaxtı ilə 12:37-də) Esmeraldas əyalətinin Çinko bölgəsində baş verib. Avtobus paytaxt Kitodan gələn zaman 40 metr yüksəklikdən aşağı yuvarlanıb.

Avtoqəza yerində xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR