Güclü "Kristobal" qasırğası ABŞ sahillərinə çatıb

Güclü "Kristobal" qasırğası ABŞ sahillərinə çatıb
# 08 iyun 2020 06:48 (UTC +04:00)

Meksika körfəzində tüğyan edən güclü “Kristobal” tropik qasırğası ABŞ-ın Luiziana və Florida ştatlarının sahillərinə çatıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumata görə, qasırğanın daxilində küləyin sürəti təxminən 24 m/s-dir. “Kristobal” qasırğası Missisipi çayının ətrafında olan Florida və Luiziana ərazilərində yaşayış məntəqələrinin ciddi daşqın təhlükəsi ilə üz-üzə qoyub.

Yeni Orleanda xilasedicilər sakinlərin könüllü təxliyəsini elan ediblər.

Qeyd edək ki, Meksikanın Yukatan ştatının 1,7 mindən çox sakini təbii fəlakət nəticəsində ərazilərdən təxliyə olunub. Meteoroloqların sözlərinə görə, “Kristobal” qasırğası təqribən 3 m/s sürətlə ABŞ-ın şimalına doğru irəliləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR