“Hanna” qasırğası ABŞ-da fəsadlara yol açıb

“Hanna” qasırğası ABŞ-da fəsadlara yol açıb
# 26 iyul 2020 19:29 (UTC +04:00)

“Hanna” qasırğası ABŞ-ın Texas ştatında 275 min 120 evin elektrik enerjisi təchizatının dayanmasına səbəb olub.

APA-nın “poweroutage.us” portalına istinadən verdiyi məlumata görə, sürəti saatda 150 km olan və leysan yağışla müşahidə edilən qasırğa dünən Texas sahillərinə çatıb, bu gün isə zəifləyərək fırtınaya çevrilib.

Bununla belə, leysan yağışlar təhlükə yaradır, lokal subasmaya səbəb olacağı ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR