Havay adalarında içərisində 7 nəfərin olduğu helikopter yoxa çıxıb

Havay adalarında içərisində 7 nəfərin olduğu helikopter yoxa çıxıb
  • Clock-gray 16:32
  • calendar-gray 27 Dekabr 2019

ABŞ-ın Havay ştatında içərisində 7 nəfərin olduğu helikopter yoxa çıxıb.

APA-nın xəbərinə görə, bu barədə "Hawaii News Now" telekanalı məlumat yayıb.

Helikopterin tapılması istiqamətində suda və havada axtarış xilasetmə işləri aparılır.

Helikopterdə bir pilot və 6 sərnişinin olduğu bildirilir. Onlardan ikisi azyaşlıdır. Helikopter elektron lokatorla təchiz olunsa da, axtarış xilasetmə xidməti heç bir siqnal almayıb.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date