Hillari Klinton prezident kimi Co Baydenin namizədliyini dəstəkləyib

Hillari Klinton prezident kimi Co Baydenin namizədliyini dəstəkləyib
# 29 aprel 2020 04:39 (UTC +04:00)

2016-cı ildə ABŞ-da prezident seçkilərində Donald Trampa uduzan Hillari Klinton növbəti seçkilərdə Co Baydenin namizədliyini dəstəkləyəcəyini bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, “Fox News” telekanalının efirində deyib.

“İstərdim səsimi sizi dəstəkləyən digər insanların səsinə əlavə edim”, - deyə Klinton birgə videokonfrans zamanı vurğulayıb.

Onun sözlərinə görə, Bayden prezidentliyə bütün ömrü boyu hazırlaşıb və onunla bir neçə il birgə işləmək “şərəfinə nail olub”.

H.Klinton bildirib ki, Baydenlə o, ailəyə münasibətləri kimi bir çox ortaq dəyərləri bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR