Honduras Prezidenti və onun xanımı koronavirusa yoluxublar

Honduras Prezidenti və onun xanımı koronavirusa yoluxublar
# 17 iyun 2020 10:19 (UTC +04:00)

Honduras Prezidenti Xuan Orlando Ernandes və onun xanımı yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxublar.

APA-nın xəbərinə görə, bu barədə Honduras Prezidenti НСН telekompaniyasına açıqlamasında bildirib.

Xuan Orlando Ernandes deyib ki, ötən həftəsonu özünü halsız hiss edib koronavirus testindən keçib və testin nəticəsi pozitiv çıxıb.

“Bu gün mənə COVID-19 diaqnozu qoyulub”, - deyə Honduras Prezidenti vurğulayıb.

O qeyd edib ki, özünü təcrid edib və dövlət başçısı kimi vəzifəsini distant rejimdə davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR