İbrahim Qalınla Robret OBrayn arasında telefon danışığı olub

İbrahim Qalınla Robret OBrayn arasında telefon danışığı olub
# 24 dekabr 2019 02:18 (UTC +04:00)

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalınla ABŞ Milli Təhlükəsizlik müşaviri Robret OBrayn arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadla verdiyi məlumata göə, telefon söhbətində iki ölkə arasındakı əlaqələrlə yanaşı, Suriya və Liviyada təhlükəsizlik məsələləri də müzakirə olunub.

İbrahim Qalın bildirib ki, Türkiyənin regionda təhlükəsizlik və sabitliyi bərpa etmək üçün fəaliyyəti davam edir.

O, əlavə edib ki, Şərqi Aralıq dənizi ilə bağlı baş verənlər Türkiyənin nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR