İki polis əməkdaşı Vaşinqtondakı iğtişaşlara görə təqsirli bilinib

İki polis əməkdaşı Vaşinqtondakı iğtişaşlara görə təqsirli bilinib
# 14 yanvar 2021 01:13 (UTC +04:00)

ABŞ-da digər ştatlardan gələn iki polis əməkdaşı yanvarın 6-da Vaşinqtonda baş vermiş iğtişaşlarda təqsirli bilinir.

APA xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ-ın qərbindən olan polis məmurları Tomas Robertson və Ceykob Freker sosial şəbəkə profillərindəki fotoşəkilləri əsasında müəyyən ediliblər. Onlar Kapitoli binasının içərisində şəkil çəkdiriblər və həm sosial şəbəkələrdə, həm də KİV-də doğru iş gördüklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR