İlon Mask dünyanın ən varlı insanına çevrilib

İlon Mask dünyanın ən varlı insanına çevrilib
# 07 yanvar 2021 20:41 (UTC +04:00)

“SpaceX” və “Tesla” texnologiya nəhənglərinin sahibi İlon Mask dünyanın ən varlı insanına çevrilib. O, varlı insanların reytinqində Ceff Bezosu da keçib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Elektromobil bazarındakı qiymət artımı hazırda 4,8% təşkil edir və bu, “Tesla” sahibinin milyarderlərin reytinqindəki mövqeyinin ilk pilləyə qalxmasına imkan verib. Tender hazırda da davam edir.

Məlumata görə, onun sərvəti 188,5 milyard dollar qiymətləndirilir, Bezosun sərvəti isə ondan 1,5 milyard dollar azdır.

“Amazon”un sahibi 2017-ci ilin oktyabr ayından bəri reytinqə başçılıq edirdi. İ.Maskın sərvətinin son bir ildə 150 milyard dollar artdığı deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR