İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazaya raket zərbələri endirilib

İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazaya raket zərbələri endirilib
# 03 mart 2021 11:46 (UTC +04:00)

İraqın qərbində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi hərbi bazaya 10 raket atılıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiyanın mətbuat katibi, polkovnik Vayne Marotto bildirib.

Raketlər səhər saatlarında Ənbar vilayətindəki “Ain əl-Əsəd” aviabazasına düşüb. İtkilərin olub-olmadığı hələlik məlum deyil.

Bu, ABŞ-ın ötən həftə İraq-Suriya sərhədi boyunca İrana bağlı hədəfləri vurmasından sonra ilk hücumdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR