İraqda hərbi bazalara hücum zamanı 50 ABŞ hərbçisi yaralanıb

İraqda hərbi bazalara hücum zamanı 50 ABŞ hərbçisi yaralanıb
# 29 yanvar 2020 06:40 (UTC +04:00)

Bu il Yanvarın 8-nə keçən gecə İraqdakı iki hərbi bazaya endirilən raket zərbələri nəticəsində 50 ABŞ əsgəri xəsarət alıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-polkovnik Tomas Kampbel bildirib.

“İranın raket zərbəsi nəticəsində bu günə qədər ABŞ-ın 50 əsgərinə kəllə-beyin travması diaqnozu qoyulub” deyən general yaralılarının sayının arta biləcəyini vurğulayıb.

Digər Pentaqon rəsmisi Conatan Hoffman isə keçən həftə ümumilikdə 34 əsgərə kəllə-beyin travması diaqnozu qoyulduğunu söyləyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp atəş zərbəsi nəticəsində kiminsə ölmədiyi və hətta xəsarət almadığını söyləmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR