KİV: ABŞ-ın Baş prokuroru istefa verməyi planlaşdırır

KİV: ABŞ-ın Baş prokuroru istefa verməyi planlaşdırır
# 07 dekabr 2020 11:21 (UTC +04:00)

ABŞ-ın Baş prokuroru Villiam Barr istefa verməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə "New York Times" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, V. Barr 20 yanvar 2021-ci ildə Donald Trampın səlahiyyət müddəti bitməzdən əvvəl istefa verməyi planlaşdırır.

Hər zaman Ədliyyə Nazirliyindən Prezident Trampın siyasi gündəmini dəstəkləmək üçün istifdə etməkdə günahlandırılan V. Barr keçən həftə müstəntiqlərin Donald Trampın prezident seçkilərində geniş seçici saxtakarlığı iddialarını dəstəkləyən heç bir dəlil tapmadığını bəyan edib.

Baş prokurorun bu şərhindən sonra onun hazırkı prezidentlə gərgin görüş keçirdiyi bildirilib.

Lakin Baş prokurorun bu açıqlamadan bir həftə əvvəl istefa verməyi düşündüyü bildirilir. "New York Times"in məlumatına görə, V. Barr 2020-ci ilin sonuna qədər postundan gedə bilər. Belə olan təqdirdə Baş prokurorun müavini Cefri Roz yeni seçilən prezident Co Baydenin andiçmə mərasiminə qədər ABŞ-ın Baş prokuroru postuna keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR