KİV: ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinə məxsus təyyarə sərt eniş edib

KİV: ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinə məxsus təyyarə sərt eniş edib
# 21 iyul 2020 02:28 (UTC +04:00)

ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinə (DEA) məxsus ikimühərrikli təyyarə Kolumbiyanın paytaxtı Boqotada sərt eniş edib.

APA yerli “El Tiempo” qəzetinə istinadən xəbər verir ki, hadisə bazar ertəsi səhər saatlarında paytaxtın “El Dorado” hava limanında baş verib.

Təyyarə havaya qalxdıqdan sonra təyyarənin pilotu eniş qurğusunda nasazlıq olması barədə xəbərdarlıq edib. İdarəetmədən çıxan təyyarə zərblə uçuş zolağına enərkən 180 dərəcə fırlanıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.

Hadisə ilə bağlı istintaq başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR