KİV: Çinli hakerlər ABŞ dövlət agentliyinə məxsus şəbəkəni sındırıblar

KİV: Çinli hakerlər ABŞ dövlət agentliyinə məxsus şəbəkəni sındırıblar
# 03 fevral 2021 08:04 (UTC +04:00)

Çindən olduqları ehtimal edilən hakerlər “SolarWinds” proqram təminatındakı boşluqdan istifadə edərək ABŞ dövlət şəbəkəsinə aid kompüterləri sındırıblar.

APA xəbər verir ki, bu barədə özəl mənbələrə istinadən “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ Kənd Təsərrüfatı Nazirliyinin tərkib hissəsi olan Milli Maliyyə Mərkəzinin kompüterlərinə haker hücumu olduğunu aşkar ediblər. Qurumun bir neçə min əməkdaşının məlumatlarının təhlükə altında ola biləcəyi deyilir.

Çin Xarici İşlər Nazirliyi isə bütün kiberhücum və oğurluq ittihamlarını qəti şəkildə rədd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR