KİV: Kolumbiyada naməlum silahlıların hücumu nəticəsində 2 hərçi ölüb, 6-sı yaralanıb

KİV: Kolumbiyada naməlum silahlıların hücumu nəticəsində 2 hərçi ölüb, 6-sı yaralanıb
# 18 iyul 2020 23:45 (UTC +04:00)

Kolumbiyanın şərqində naməlum silahlı şəxslərin hücumu nəticəsində silahlı qüvvələrin 2 hərbçisi öldürülüb, 6-sı yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “La FM” radiosu məlumat yayıb.

Hadisə şənbə günü səhər Norte de-Santanderin Tibu və Kukuta bölgələrini birləşdirən magistral yolda baş verib.

Əvvəlcə naməlum silahlılar partlayıcı qurğuları işə salıb, sonra odlu silahdan atəş açaraq 2 hərbi nəqliyyat vasitəsinə hücum ediblər. Bir hərbçi yerindəcə ölüb, digəri xəstəxanada dünyasını dəyişib. Yaralı hərbçilər yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı istintaq başladılıb. Hücumun radikal solçu "Milli Azadlıq Ordusu" üsyançı qrupu tərəfindən həyata keçirildiyi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR