KİV: Pompeo Vaşinqtona ÜST-ün maliyyələşdirilməsini qismən saxlamağı tövsiyə edib

KİV: Pompeo Vaşinqtona ÜST-ün maliyyələşdirilməsini qismən saxlamağı tövsiyə edib
# 25 aprel 2020 06:47 (UTC +04:00)

ABŞ dövlət katibi Mayk Pompeo yeddi ölkədə poliomielit və koronavirusla mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Vaşinqton tərəfindən davamlı maliyyələşdirilməsini tövsiyə edib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi özəl mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, tövsiyə ABŞ Milli Təhlükəsizlik Şurasındakı Dövlət Departamentinin əməkdaşlarına göndərilmiş məktubda yer alıb. Məktubda qeyd edilir ki, ÜST yeddi ölkədə – Əfqanıstan, Misir, Liviya, Pakistan, Sudan, Suriya və Türkiyədə poliomielit və COVID-19-la mübarizədə vacib rol oynayır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ün maliyyələşdirilməsinin dayandırıldığını bildirib. Tramp administrasiyası təşkilatı koronavirus pandemiyasına vaxtında reaksiya göstərməməkdə günahlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR