Kanada əcnəbilərin ölkəyə girişi üçün tətbiq edilmiş qadağanın müddətini uzadıb

Kanada əcnəbilərin ölkəyə girişi üçün tətbiq edilmiş qadağanın müddətini uzadıb
# 01 iyul 2020 02:10 (UTC +04:00)

Kanada əcnəbilərin ölkəyə girişi üçün tətbiq edilmiş qadağanın müddətini iyulun 31-dək uzadıb.

APA CBC telekanalına istinadən xəbər verir ki, bu barədə Kanada Sərhəd Mühafizə Agentliyinin nümayəndəsi Rebekka Purdin açıqlamasında bildirib.

O, hökumətin bu qərarını ölkə vətəndaşlarının sağlamlığının qorunması ilə əlaqələndirib.

Qeyd edək ki, martın 16-dan tətbiq edilən qadağa ABŞ vətəndaşlarına, Kanadada daimi yaşayış hüququ olanlara, eləcə də Kanada vətəndaşlarının yaxın qohumlarına, diplomatik nümayəndələrə, bir sıra xidmət sahəsində çalışanlara və xarici tələbələrə şamil edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR