Kanada və daha dörd ölkə vurulmuş təyyarənin qara qutularının verilməsini İrandan tələb edib

Kanada və daha dörd ölkə vurulmuş təyyarənin qara qutularının verilməsini İrandan tələb edib
# 05 fevral 2020 04:55 (UTC +04:00)

Kanada, Əfqanıstan, Böyük Britaniya, İsveç və Ukrayna İranda səhvən raketlə vurulan Ukrayna təyyarəsinin qara qutularının onlara verilsini tələb edir.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kanada Xarici İşlər Nazirliyinin qəza nəticəsində ölənlərin yaxınlarına kömək məqsədilə bu ölkələrin yaratdığı beynəlxalq koordinasiya qrupunun iclasından sonra verdiyi açıqlamada bildirilib.

Sənəddə deyilir: “Bütün ölkələr İranın qara qutuları təhvil vermək istəməməsindən narahatdırlar. İran tam və açıq əməkdaşlığa hazır olduğunu nümayiş etdirməsi üçün dərhal qara qutuları təhvil verməyə borcludur”.

Bəyanatda o da qeyd olunub ki, müvafiq prosedur Beynəlxalq Mülki Aviasiya Təşkilatının nizamnaməsində də öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR