Kanadada 10 mindən çox insan COVID-19 daşıyıcısıdır

Kanadada 10 mindən çox insan COVID-19 daşıyıcısıdır
# 03 aprel 2020 04:20 (UTC +04:00)

Kanadada koronavirus infeksiyasına yoluxanların sayı 10 min nəfəri keçib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bu günə qədər Kanadada təxminən 257 min nəfər koronavirus şübhəsi ilə testdən keçib, 127 nəfər isə bu virusun qurbanı olub.

Hazırda ölkənin əyalətlərinin yarıdan çoxunda fövqəladə vəziyyət rejimi hökm sürür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR