Kanadada 10 nəfərin ölümündə təqsirli bilinən erməni əsilli vətəndaşı ömürlük həbs cəzası gözləyir

Kanadada 10 nəfərin ölümündə təqsirli bilinən erməni əsilli vətəndaşı ömürlük həbs cəzası gözləyir
# 04 mart 2021 11:30 (UTC +04:00)

Toronto şəhərində 10 nəfərin ölümü, 16 nəfərin yaralanmasında təqsirli bilinən erməni əsilli Kanada vətəndaşı Alek Minasyanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA-nın "globalnews.ca" saytına istinadən verdiyi xəbərə görə, pandemiya ilə əlaqədar və kütləvi maraq olduğuna görə "Youtube"da yayımlanan məhkəmə prosesinə hakim Anne Molli sədrlik edib.

Məhkəmə istintaqı 2018-ci ildə Torontoda mikroavtobusu səkidəki insanların üzərinə sürən Alek Minasyanın Kanada Cinayət Məcəlləsinin birinci dərəcəli qətlin 10 maddəsi və qətlə cəhdin 16 maddəsi ilə günahkar olduğu qənaətinə gəlib.

Hakim bildirib ki, müttəhim Alek Minasyan da cinayətdə özünü təqsirli bilib.

A. Molli təqsirləndirilən şəxsi ittiham aktındakı 26 maddənin hamısı üzrə günahkar hesab etdiyini elan edib.

Xatırladaq ki, 2018-ci ilin aprelində Alek Minasyan Torontonun Yonge küçəsində mikroavtobusu səkidəki insanların üzərinə sürüb. Hadisə nəticəsində 10 nəfər həlak olub, 16 nəfər yaralanıb.

28 yaşlı A. Minasyanın autizm xəstəsi olduğu bildirilir.

A. Minasyan hücumu törətdiyini etiraf etsə də, vəkilləri onun autizm spektri pozğunluğu səbəbindən cinayət məsuliyyətinə cəlb edilə bilməyəcəyini iddia edirdilər. Lakin uzun sürən məhkəmə istintaqı nəticəsində vəkillərin arqumentlərinin əsassız olduğu təsdiqlənib.

Kanadada ən dəhşətli cinayətlərdən sayılan bu iş üzrə məhkəmə hökmü mart ayının ortalarında elan olunacaq. Kanada qanunlarına görə, A. Minasyanı ömürlük həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR