Kanadada atışma zamanı ölən və yaralananlar olub

Kanadada atışma zamanı ölən və yaralananlar olub
# 07 may 2020 07:25 (UTC +04:00)

Kanadanın Alberta əyalətində yaşayış binasına atəş açan şəxs polislə atışmada öldürülüb, iki nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “CBC” məlumat yayıb.

Hadisə Blekfalds şəhərində baş verib. Binaya atəş açılması barədə polisə məlumat verilib. Patrul polisi hadisə yerinə çatan zaman naməlum bir şəxsin təsadüfən yol ilə keçən bir nəfəri yaraladığını müəyyən edib.

Cinayətkar hadisə yerindən avtomobillə qaçmağı bacarsa da, yaxınlıqdakı magistral yolda polis onu saxlayıb. Bundan sonra atışma baş verib, nəticədə 27 yaşlı cinayətkar öldürülüb, bir polis əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR