Kanadada hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib

Kanadada hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib
# 12 dekabr 2019 08:16 (UTC +04:00)

Kanada Milli Hava Bürosu şiddətli şaxtaların başlaması ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

APA TASS-a istinadən xəbər verir ki, Kanadanın bəzi bölgələrində havanın temperaturunun mənfi 50 dərəcəyə enməsi gözlənilir.

Şiddətli şaxtaların ölkənin, əsasən, Yukon, Şimal-qərb əraziləri, Alberta, Kvebek, Ontario, Nyufaundlend və Labrador əyalətlərini əhatə edəcəyi bildirilib.

Ontario və Britiş Kolumbianın cənubunda, habelə Nova Şotlandiyanın şimalında 15-25 sm qalınlığında qar yağacağı ehtimal edilib.

Həddindən artıq soyuq və güclü yağış yağması nəticəsində Kanadanın bu bölgələrində məktəblərin bağlanacağı gözlənilir.

Bu qərar hələlik yalnız Nova Şotlandiyada tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR