Kanadada indiyədək 95 mindən çox insan koronavirusa yoluxub

Kanadada indiyədək 95 mindən çox insan koronavirusa yoluxub
# 08 iyun 2020 04:22 (UTC +04:00)

Kanadada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 95 mini keçib.

APA “TASS”-a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 95 057 nəfərdir, 7 773 nəfər isə virusun qurbanına çevrilib. İnfeksiya ən çox yayıldığı ərazilər Kvebek (52 624) və Ontario (30 202) əyalətləridir.

Ölkədə indiyədək COVID-19 üçün ümumilikdə 1 868 277 test keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR