Kanadada karxanada üç meyit aşkar olunub

Kanadada karxanada üç meyit aşkar olunub
# 03 noyabr 2020 06:43 (UTC +04:00)

Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətində baş vermiş atışma zamanı 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

APA xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlərin cəsədləri və yaralanan şəxs Nanaymo şəhərindən təqribən 50 kilometr qərbdə velosiped sürən yerli sakinlər tərəfindən çınqıl karxanasında aşkar olunub. Həmin şəxslər dərhal polis və həkim briqadası çağırıblar.

Cəsədlərin ikisi yanmış turist qoşqusunda tapılıb. Digər bir treylerdə isə ağır xəsarətləri olan kişi aşkarlanıb, hazırda o, xəstəxanadadır. Bu avtomobildən bir az kənarda isə üçüncü cəsədə rast gəlinib. Onların güllələndiyi ehtimal olunur. Hazırda istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR