Kanadada koronavirusa yoluxanların sayı 66 mini ötüb

Kanadada koronavirusa yoluxanların sayı 66 mini ötüb
# 10 may 2020 05:38 (UTC +04:00)

Kanadada koronavirusa yoluxanların sayı 66 mini, qurbanların sayı isə 4,6 min nəfəri keçib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kanadada son bir gündə 346 yoluxma hadisəsi təsdiqlənib. Yoluxmaların ümumi sayı 66780, ölənlərin sayı 59 nəfər artaraq 4628-ə yüksəlib.

Ən çox infeksiyaya yoluxma Kvebek (36150) və Ontario (19944) ştatlarında qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR