Kanadada koronavirusdan ölənlərin sayı 3 mini keçib

Kanadada koronavirusdan ölənlərin sayı 3 mini keçib
  • Clock-gray 00:37
  • calendar-gray 01 May 2020

Kanadada koronavirus infeksiyasına yoluxanların sayı 52 mini keçib, son sutkada isə 1,6 mindən çox yoluxma qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Çərşənbə günü 50 373 yoluxma və 2904 ölüm faktının qeydə alındığı barədə xəbər verilmişdi.

Məlumata görə, hazırda ölkədə 52 056 nəfərdə COVID-19 infeksiyasına yoluxma aşkar edilib, 3082 nəfər isə bu virusun qurbanına çevrilib. Ən çox yoluxma halları Kvebek (26 594) və Ontario (16 187) əyalətlərində qeydə alınıb.

apa-logo-mini

Digər xəbərlər