Kanadada neft daşıyan qatar relsdən çıxaraq alışıb, 100-dək sakin təxliyə olunur

Kanadada neft daşıyan qatar relsdən çıxaraq alışıb, 100-dək sakin təxliyə olunur
  • Clock-gray 01:16
  • calendar-gray 07 Fevral 2020

Kanadanın Saskaçevan əyalətində neft məhsullarının olduğu yük qatarının relsdən çıxması nəticəsində meydana gələn güclü yanğın səbəbindən 100-ə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.

APA xəbər verir ki, bu barədə “CBC” məlumat yayıb.

Hadisə Saskatun şəhərindən 100 km cənub-şərqdə və Gernesi yaşayış məntəqəsindən 2,5 km şərqdə baş verib. Rəsmilər güclü tüstülənmə səbəbindən sakinləri təxliyə etmək qərarına gəliblər. Bildirilir ki, insident zamanı 30-a yaxın vaqon relsdən çıxıb, ardınca bəzi vaqonlarda yanğın başlayıb.

Ölənlər və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib. Qəzadan sonra bir neçə yol bağlanıb.  “Canadian Pacific” şirkətinə məxsus qatarın relsdən çıxmasının səbəblərini hadisə yerinə cəlb olunan Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının mütəxəssisləri araşdırır.

apa-logo-mini

Digər xəbərlər