Kanadada oteldə silahlı insident zamanı 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb

Kanadada oteldə silahlı insident zamanı 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb
# 09 mart 2020 05:28 (UTC +04:00)

Kanadanın Hamilton (Ontario əyaləti) şəhərində oteldə silahlı insident baş verib. Atışma nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə CBC televiziya kanalı məlumat yayıb.

Hadisə bazar ertəsi səhər baş verib. Ölənlərdən biri kişi, digəri isə qadındır. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin baş verdiyi otel hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanıb.

Polis hadisənin səbəblərini müəyyənləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR