Kanadada ovçu mağazasında atışma olub, yaralananlar var

Kanadada ovçu mağazasında atışma olub, yaralananlar var
# 12 sentyabr 2020 04:55 (UTC +04:00)

Kanadanın Ebbotsford şəhərindəki mağazaların birində baş verən atışma nəticəsində iki nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Global News” telekanalı məlumat yayıb.

Hadisə “Kabelas” ovçu mağazasında baş verib. Yaralananlar ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Polisin verdiyi məlumata görə, atışma ilə əlaqədar bir neçə nəfər saxlanılıb. Hazırda ictimai təhlükəsizlik üçün heç bir təhlükə yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR