Kanadada silahlı atışmada 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Kanadada silahlı atışmada 2 nəfər ölüb, 2 nəfər yaralanıb
# 16 may 2020 19:52 (UTC +04:00)

Kanadanın Ontario əyalətində silahlı atışma nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA-nın CBC telekanalına istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında Ontario əyalətinin Okvill şəhərində internet xidməti göstərən şirkətin binasının qarşısında baş verib.

Polislər hadisə yerində odlu silahla qətlə yetirilən kişi meyiti və üç nəfər yaralını aşkarlayıblar. Yaralılardan biri xəstəxanada keçinib. Ölən şəxslərin və yaralıların adları açıqlanmır, hadisənin təfərrüatı məlum deyil.

Silahlı atışmanın əvvəlcədən planlaşdırılmış hücum olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR