Kanadada silahlı insident olub, ölən var

Kanadada silahlı insident olub, ölən var
# 20 iyun 2020 02:37 (UTC +04:00)

Kanadanın Toronto şəhərində baş vermiş atışma zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Global News” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, silahlı insident yerli vaxtla təxminən 11:40-da (Bakı vaxtı ilə 19:40) baş verib. İnsidentdən sonra iki şübhəli avtomobillə ərazidən yayınıb.

Polis araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR