Kapitoli ətrafında Tramp əleyhinə aksiya keçirilib

Kapitoli ətrafında Tramp əleyhinə aksiya keçirilib
# 14 yanvar 2021 00:09 (UTC +04:00)

ABŞ Konqresinin yaxınlığında az sayda solçuların etiraz aksiyası keçirilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, etirazçılar seçkilərin nəticələrinin təsdiqlənməsinə qarşı çıxdıqları üçün prezident Donald Trampı dəstəkləməkdə günahlandırılan 121 konqresmenin və 12 senatorun adları yazılmış lövhələri Kapitoli ətrafındakı baryerlərə asmağa çalışıblar. Polis etirazçıları hasara yaxın buraxmayıb.

Bildirilir ki, Kapitoli binası ətrafında baryer və hasarların inşası davam edir. 20 yanvar tarixində keçiriləcək yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimi ilə əlaqədar paytaxtda genişmiqyaslı təhlükəsizlik tədbirləri tətbiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR